Berlin kinofestivalının jürisi bəlli olub

Berlin kinofestivalının jürisi bəlli olub
7 fevral 2018
# 17:17

Berlin kinofestivalının jüri heyəti bəlli olub.

Kulis.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu ilin 15-26 fevral tarixində keçiriləcək Berlin kino festivalının jüri heyətinə Tom Tıkver rəhbərlik edəcək.

Festivalın münsiflər heyətində “Moonlight” şrkətinin prodüseri Adel Romanski, yapon bəstəkarı Ryuiçi Sakamoto, belçikalı aktrisa Sesil de Frans, İspaniya Fil Sənayesi naziri Çema Prado və Time jurnalının tənqidçisi Stepani Zaşarek təmsil olunacaq.

Bundan başqa aktyor Vilyam Defonun da fəxri mükafat alacağı bəlli olub.

Festival Ues Andersonun “İt adası” filmi ilə açılacaq.

Festivalda premyeraları olacaq filmlər arasında türk rejissorları Burak Çevikin “Duzdan Pyedestal”, Banu Sıvaçının “Göyərçin” filmləri də var.

# 1079 dəfə oxunub

Müəllifin son yazıları

# # #