Azərbaycanlı Xalq artistindən rus jurnalistə sərt fikirlər: "Satılmısınız"

Azərbaycanlı Xalq artistindən rus jurnalistə sərt fikirlər: "Satılmısınız"
2 oktyabr 2020
# 16:27

Xalq artisti Cahangir Novruzov şəxsi Facebook hesabından ermənipərəst mövqeyi ilə seçilən rusiyalı jurnalist Vladimir Poznerə tutarlı cavab verib.

Kulis.az sözügedən statusu təqdim edir.

“Özünüzü nüfuzdan salmısınız. Ağlı başında olan ermənilər üçün də fikrinizin heç bir dəyəri yoxdur. Satılmısınız. Corc Bernard Şounun belə bir sözü var: “Unutmaq lazım deyil ki, pul ilə alınan hər şey onsuz da ucuzdur”. V. Şukşinin də gözəl bir sözü var : “Kasıb olmaq ayıb deyil, ucuz olmaq ayıbdır”.

Mən isə belə deyərdim: “Türk olmaq çox çətindir, çünki bütün dünya səninlə mübarizə aparır. Türk olmamaq daha çətindir, çünki Türk ilə mübarizə aparırsan”.

Qeyd edək ki, rəsmi saytında ruhən erməniləri dəstəklədiyini deyən V.Pozner qeyd etmişdi ki, əgər Qarabağda müharibə gedirsə, BMT dərhal bu məsələyə qarışmalıdır. Yox, əgər bu məsələyə üçüncü ölkələr qarışırsa, onlara qarşı ən sərt sanksiyalar tətbiq edilməlidir.

# 2006 dəfə oxunub

Müəllifin son yazıları

# # #