Mahsun Kırmızıgül Bakıya gəlir

Mahsun Kırmızıgül Bakıya gəlir
3 fevral 2015
# 11:32

Türkiyənin tanınmış müğənnisi Mahsun Kırmızıgül Bakının qonağı olacaq.

“Qafqazinfo”nun məlumatına görə, ifaçı fevralın 4-də rejissoru olduğu “Möcüzə” filmi üçün 28 Cinemada tamaşaçılarla bir araya gələcək. Görüşdə eyni zamanda filmin aktyoru Əli Sürməli də iştirak edəcək.

Qeyd edək ki, aktyorlar sevənləri ilə şəkil çəkdirib, imza verəcəklər.

# 1191 dəfə oxunub

Müəllifin son yazıları

# # #