Prezident Kitabxanasında virtual sərgi hazırlandı

Prezident Kitabxanasında virtual sərgi hazırlandı
23 aprel 2026
# 15:10

Prezident Kitabxanasında 23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə virtual sərgi hazırlanaraq istifadəyə verilib.

Kulis.az xəbər verir ki, sərgi kitab mədəniyyəti, müəllif hüquqlarının qorunması və əqli mülkiyyətin cəmiyyət həyatındakı rolu ilə bağlı nəşrləri əhatə edir.

Virtual sərgidə yer alan materiallar müəllif hüququnun formalaşma tarixindən müasir hüquqi mexanizmlərə qədər uzanan inkişaf xəttini ardıcıl şəkildə təqdim edir. Nəşrlərdə müəllif əməyinin qorunması prinsipləri, yaradıcılıq məhsullarının hüquqi müdafiəsi, eləcə də kitabın bilik və mədəniyyət daşıyıcısı kimi rolu izah olunur.

Sərgi əqli mülkiyyət anlayışının məzmununu və onun beynəlxalq səviyyədə tənzimlənməsi məsələlərini də əhatə edir. Bu yanaşma müəllif hüquqlarının yalnız hüquqi mexanizm deyil, həm də mədəni inkişaf və intellektual mühit üçün əsas amillərdən biri olduğunu önə çıxarır.

Prezident Kitabxanasının hazırladığı virtual sərgi oxucular üçün müəllif hüquqları və kitab mədəniyyəti barədə dolğun və sistemli informasiya mənbəyi kimi çıxış edir. Sərgi mövzu üzrə biliklərin genişlənməsinə, mütaliəyə marağın artmasına və müəllif əməyinə hörmətin güclənməsinə xidmət edir.

Virtual sərgiyə bu linkdən istifadə etməklə daxil ola bilərsiniz: https://www.preslib.az/az/virtual/books/FGRalKt

# 73 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər