Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi
29 avqust 2017
# 12:11

Avqustun 28-də məşhur fransız aktrisası Mirey Dark vəfat edib.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, aktrisanın 79 yaşı varmış.

Mirey Dark böyük tamaşaçı kütləsinə Pyer Rişarla çəkildiyi “Qara çəkməli hündür sarışın”, “Hündür sarışının qayıtmağı” kimi filmlərlə tanınırdı.

Aktrisanın filmoqrafiyasında 50-dən artıq film var.

Mirey Dark 1969-cu ildə “Cef” filminin çəkilişləri zamanı aktyor Alen Delonla tanış olub və sevgi yaşayan cütlər 13 il birgə yaşayıb.

Kinoulduzlar birgə “Tələsən adam”, “Buz sinə”, “Yaramazın ölümü”, “Zəhlətökən həşəratın qayıtması” kimi filmlərə çəkilib.

# 1928 dəfə oxunub

Müəllifin son yazıları

# # #