Filarmoniyanın oktyabr repertuarı

Filarmoniyanın oktyabr repertuarı
6 oktyabr 2023
# 16:25

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının oktyabr ayına olan repertuarı açıqlanıb.

Kulis.az xəbər verir ki, oktyabrın 16-da qədim Altay diyarının kay sənətinin ifaçısı Aleksey Çiçakov konsert proqramı ilə çıxış edəcək.

Oktyabrın 25-də şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş orqan musiqisi axşamı təşkil ediləcək. Oktyabrın 26-da isə Bakı Kamera Orkestrinin konserti baş tutacaq.

Azərbaycan Dövlət Xor Kapellası oktyabrın 27-də filarmoniyanın səhnəsində Zəfər gününə həsr olunmuş konsert proqramı ilə çıxış edəcək. Flarmooniyada, həmçinin Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin iştirakı ilə "Barokko musiqi axşamı" konserti keçiriləcək.

Qeyd edək ki, konsertlər Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında baş tutacaq.

# 921 dəfə oxunub

Müəllifin son yazıları

# # #