“South Park” adını dəyişdirdi – Trampa cavab olaraq

“South Park” adını dəyişdirdi – Trampa cavab olaraq
9 sentyabr 2026
# 12:20

ABŞ Prezidenti Donald Trampın Ontariyo gölünün adını "Amerika gölü" və Nyu-Meksiko ştatının adını "Yeni Amerika" olaraq dəyişmək təşəbbüslərinə cavab olaraq məşhur "South Park" satirik cizgi serialı adını "South America" olaraq dəyişdirib.

Kulis.az xəbər verir ki, "Apple" və "Google" şirkətlərinin bu coğrafı ad dəyişikliklərini dərhal xəritələrinə tətbiq etməsini "cəsarətsizlik" kimi dəyərləndirən serialın yaradıcıları Trey Parker və Mett Stoun bu addımı həm də yeni mövsümün təbliğatı çərçivəsində atıblar.

Qeyd edək ki, sentyabrın 16-da "Paramount+" platformasında 29-cu mövsümünə başlayacaq ekran işi bu yaxınlarda növbəti "Emmy" mükafatını qazanıb və layihə müəllifləri mükafat sevincini də sosial şəbəkələrdə Trampı satira obyektinə çevirərək qeyd ediblər.

# 73 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər