Sem Nilin ölüm səbəbi açıqlandı

Sem Nil, aktyor

Sem Nil, aktyor

16 iyul 2026
# 13:32

Yeni Zellandıyalı aktyor Sem Nillin ölüm səbəbi məlum olub.

Kulis.az xəbər verir ki, aktyor pnevmoniyadan dünyasını dəyişib.

Bu barədə onun meneceri Filip Qrents "Radio New Zealand" (RNZ) radiostansiyasına müsahibəsində məlumat verib.

O, aktyorun xərçənglə mübarizəsindən də bəhs edib:

"O, xəstələnməzdən əvvəl limfoma ilə mübarizə aparırdı və CAR-T hüceyrə terapiyasından istifadə edərək yeni müalicə metodu sayəsində bu xəstəliyə qalib gəlmişdi".

Səs-küydən uzaq qapalı vida mərasimi

Qrentsin sözlərinə görə, vida mərasimi qapalı formatda keçiriləcək. O izah edib ki, aktyor həmişə səs-küyə nifrət edirdi və ictimai diqqətdən uzaq qalmağa çalışan bir insan idi. Anım mərasiminin sənətçinin Yeni Zelandiyadakı şəxsi fermasında baş tutacağı bildirilir.

Qeyd edək ki, 2022-ci ildə aktyorda nadir rast gəlinən qan xərçəngi növü — angioimmunoblastik T-hüceyrəli limfoma aşkarlanmışdı. Alternativ terapiya sayəsində o, ağır xəstəliyə qalib gəlməyi bacarmışdı.

# 79 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər