Hollivudun usta rejissoru Ridli Skottun 70 milyon dollar büdcəli yeni elmi-fantastika filmi "The Dog Stars" ("İt və ulduzlar") kassada gözlənilən uğuru qazanmayaraq cəmi 21 milyon dollar gəlir əldə edib.
Kulis.az xəbər verir ki, kassa uğursuzluğuna baxmayaraq, rejissorun elmi-fantastika janrında digər layihələri sürətlə davam edir.
Belə ki, Ridli Skott android Devid obrazına fokuslanan yeni "Alien" (“Yadplanetli”) layihəsi üçün aktyor Maykl Fassbender ilə yenidən əməkdaşlıq etdiyini təsdiqləyib.
Ridli Skott kassada uğursuzluq yaşadı