Məşhur italiyan rejissor vəfat etdi

Məşhur italiyan rejissor vəfat etdi
13 iyun 2023
# 17:30

İtaliyalı aktyor və kinorejissor Françesko Nuti 68 yaşında vəfat edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, kinorejissorun ölüm səbəbi hələ açıqlanmayıb.

F.Nuti 17 may 1955-ci ildə Pratoda anadan olub. O, aktyor kimi peşəkar karyerasına 1970-ci illərin sonlarında başlayıb.

1985-ci ildən başlayaraq, o, "Kasablanka", "Kasablanka və Cənnətin bütün şərabları" , "Stregati" (1987), "Qütbün oğlu" (1988) filmləri ilə uğur qazanıb.

2 sentyabr 2006-cı ildə, yeni filminin çəkilişlərinə başlamazdan bir müddət əvvəl Nuti evinin pilləkənlərindən yıxıldıqdan sonra Romadakı Umberto I Poliklinikasına aparılıb. Qəza Nutidə ağır beyin zədələnməsinə səbəb olub. Nəticədə danışa və ya hərəkət edə bilməyib. 21 sentyabr 2016-cı ildə isə Nuti ikinci yıxılma nəticəsində yenidən ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

# 805 dəfə oxunub

Müəllifin son yazıları

# # #