"Səs" yarışmasının üzvlərinin olduğu təyyarə qəzaya düşdü

"Səs" yarışmasının üzvlərinin olduğu təyyarə qəzaya düşdü
26 avqust 2024
# 11:26

Moskvanın “Monaco Jam” qrupunun musiqiçilərini daşıyan An-2 təyyarəsi meşəyə sərt eniş edib.

Kulis.az xəbər verir ki, hadisə “Səs” yarışmasının iştirakçıları Solneçnı kəndindən Yakutska korporativ məclisdən qayıdan zaman yaşanıb.

Təyyarədə on bir nəfər - səkkiz musiqiçi və üç ekipaj üzvü olub. Onların heç biri xəsarət almayıb. Pilotlar enişi mümkün qədər yumşaltmağa nail olublar.

Hazırda araşdırma aparılır.

# 222 dəfə oxunub

Müəllifin son yazıları

# # #