Yanvarın 30-da Mirmehdi Ağaoğlunun imza günü olacaq

Yanvarın 30-da Mirmehdi Ağaoğlunun imza günü olacaq
29 yanvar 2016
# 22:58

Mirmehdi Ağaoğlunun “Alman malı” hekayələr kitabının imza günü keçiriləcək. Kulisin məlumatına görə imza mərasimi yanvarın 30-u saat 15:00-da Kitabevim.az kitab mağazasında baş tutacaq.

"ATV Kitab" seriyasından “Parlaq imzalar” nəşriyyatında çap olunan kitaba müəllifin müxtəlif illərdə yazdığı hekayələr daxil edilib. "Alman malı" hekayələr toplusu Azərbaycan cəmiyyəti və insanının günümüz üçün aktual olan problemlərinə, şəxsiyyət kimi formalaşmasında maneələr yaradan faktorlara ironik yanaşması ilə səciyyələnir və bu mənada oxucular üçün çox maraqlı olacaq. Kitabda yer alan hekayələr əsasən son zamanlarda baş verən hadisələrlə bağlı olub, gündəmdəki, məişət həyatımızdakı, ailədaxili münasibətlərimizdəki çatışmazlıqları gerçəkliyiylə göstərir.

“Alman malı” müəllifin sayca dördüncü kitabıdır.

# 926 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #