Venesiya Film Festivalında iştirak edən 79 yaşlı məşhur aktrisa Süzan Sarandon Fələstinə verdiyi dəstəyə görə Hollivudda boykot edildiyini və son dövrlərdə bəzi rollardan məhrum olduğunu açıqlayıb.
Kulis.az xəbər verir ki, mətbuat konfransında çıxış edən "Oskar"lı aktrisa, film agentliklərinin rejissorlara onunla işləməmək barədə xəbərdarlıq etdiyini deyib.
Sarandon 2023-cü ildən bəri Fələstinə dəstək aksiyalarında fəal iştirak etdiyinə görə "UTA" (United Talent Agency) tərəfindən müqaviləsinə xitam verildiyini, lakin bu təzyiqlərə baxmayaraq Amerika cəmiyyətində İsrail-Fələstin münaqişəsinə dair baxışın dəyişdiyini vurğulayıb.
Məşhur aktrisa boykot edildiyini açıqladı – Səbəb