“Harri Potter” serialının premyera tarixi açıqlandı – Təfərrüatlar

“Harri Potter” serialının premyera tarixi açıqlandı – Təfərrüatlar
2 sentyabr 2026
# 12:20

C.K. Roulinqin məşhur romanlar seriyası əsasında “HBO” tərəfindən ekranlaşdırılan "Harry Potter" serialının premyera tarixi və təfərrüatları bəlli olub.

Kulis.az xəbər verir ki, "Harri Potter ve fəlsəfə daşı" adlanacaq ilk mövsüm 2026-cı il dekabrın 25-də "HBO" və "HBO Max" platformalarında təqdim ediləcək.

8 seriyadan ibarət olacaq ilk mövsümdə baş rolları tamamilə yeni aktyor heyəti canlandıracaq.

32 min uşaq arasında keçirilən kastinq nəticəsində Harri Potter roluna Dominik Makloqlin, Ron Vizli roluna Alasteyr Staut, Hermiona Qreyncer roluna isə Arabella Stenton seçilib.

Serialın aktyor heyətində tanınmış simalar da yer alıb.

Dambldor rolunu Con Litqou, professor Makqonaqallı Canet Maktir, Severus Sneypi Paapa Essiedu, Haqridi Nik Frost, professor Lokhartı Kit Harinqton canlandıracaq.

Filmlərdən tanıdığımız Uorvik Devis isə yenidən professor Flitvik obrazına həyat verəcək.

Böyük Britaniyadakı "Warner Bros. Studios Leavesden" studiyasında çəkilən serial 7 kitabın hamısını əhatə edəcək və təxminən 10 illik bir layihə olaraq planlaşdırılır.

Serialın musiqiləri isə "Oskar" mükafatlı bəstəkar Hans Zimmerə həvalə olunub.

# 78 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər