"Evdə qalmış 2" filminin çəkilişləri yekunlaşmaq üzrədir

"Evdə qalmış 2" filminin çəkilişləri yekunlaşmaq üzrədir
10 sentyabr 2024
# 12:04

Rejissor Valeh Əhmədov dördüncü filminin - "Evdə qalmış 2"nin çəkilişlərini yekunlaşdırmaq üzrədir.

Kulis.az xəbər verir ki, filmin bu ilin dekabr ayında nümayişə çıxması gözlənilir.

Romantik komediya janrında çəkilən filmin xronometrajı 80-90 dəqiqə aralığında olacaq. Filmin baş prodüseri və quruluşçu rejissoru Valeh Əhmədov, ssenari müəllifləri Valeh Əhmədov, Failə Nəbiyeva, Könül Ələsova və Türkan Mehdiyevadır.

Rolları Xalq artisti Həmidə Ömərova, Əməkdar artist Mehriban Xanlarova, aktyorlar Kəmalə Piriyeva, Şəhriyar Əbilov, Firuzə Balayeva, Kənan Yusifov, Sanura Cəfərova, Aygün Akif, Elçin Məmmədli, Nigar Əhmədova, Rüstəm Rüstəmli və başqaları ifa edir.

# 237 dəfə oxunub

Müəllifin son yazıları

# # #