Tanınmış şair dünyasını dəyişdi

Tanınmış  şair dünyasını dəyişdi
22 may 2016
# 20:52

Tanınmış şair Anar Həbiboğlu vəfat edib.

Bu barədə Kulis.aza şairin yaxın dostu Tərlan Əbilov məlumat verib. Onun dediyinə görə, A.Həbiboğlu hepatitdən əziyyət çəkirmiş: “Həkimlər iki gün əvvəl yaxınlarına sağlmağa ümid olmadığını deyiblər. Ona görə kəndə gətirdilər. Ötən gecə saat 23:30-da dünyasını dəyişdi".

Mərhum bu gün doğulub boya-başa çatdığı Lənkəran rayonunun Kərgəlan kəndində dəfn olunub.

Qeyd edək ki, A.Həbiboğlu 1973-cü ildə anadan olub. Bədii yaradıcılığa hələ yeniyetmə ikən həvəs göstərib. Şeirləri “Azərbaycan”, “Ulduz”, “Söz”, “Şəfəq”, “Məşəl” jurnallarında, “Ədəbiyyat qəzeti”ndə, bir çox almanaxlarda dərc olunub. İki şeir kitabı çapdan çıxıb. Ümman və Fateh adlı iki oğlu var.

Azərbaycan Yazıçılar Birliyinin üzvü idi.

Allah rəhmət eləsin.

# 1035 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #