Bu filmin tizeri "Ginnes rekordlar kitabı"na düşdü

Bu filmin tizeri "Ginnes rekordlar kitabı"na düşdü
25 iyul 2024
# 17:00

Hollivud ulduzları Rayan Reynolds və Huq Cakman "Ginnesin Rekordlar Kitabı"na düşüb.

Kulis.az xəbər verir ki, buna səbəb isə "Dedpul və Rosomaha" filminin anonsu olub. Cəmi 24 saat ərzində ən çox baxılan videoya çevrilən filmin tizerinə görə aktyorlar mükafatlandırılıb.

Treyler fevralda təqdim edilib. 24 saat içində 365 milyon baxış toplayıb.

Mükafat filmin buraxılmasından əvvəl Rayan və Hyuya təqdim edilib.

Cekman əlavə edib ki, uşaqlıqdan rekordlar kitabına düşmək arzusunda olub. Onun xəyalı iki dəfə gerçəkləşib. Bundan əvvəl o, 2019-cu ildə ən uzun karyerası olduğu üçün "Ginnesin Rekordlar Kitabı"na daxil edilib.

# 747 dəfə oxunub

Müəllifin son yazıları

# # #