Amerikalı repçinin Rusiyadakı konsertləri ləğv edildi – Səbəb

Amerikalı repçinin Rusiyadakı konsertləri ləğv edildi – Səbəb
1 oktyabr 2026
# 11:40

Skandalları ilə tanınan amerikalı repçi Kanye Uestin Sankt-Peterburqda keçirilməsi planlaşdırılan iki konserti rəsmən ləğv edilib.

Kulis.az xəbər verir ki, moskvalı təşkilatçı "Say Agency" şounun təxirə salındığını və biletlərin geri qaytarılacağını təsdiqləyib.

Konsertlərin ləğv edilməsinə səbəb rəsmi icazələr alınmadan bilet satışına başlanılması və Moskvadan gələn xüsusi göstəriş olub.

Rusiya hüquq-mühafizə orqanları konsert təşkilatçıları barəsində mümkün fırıldaqçılıq maddəsi ilə araşdırmaya başlayıb.

Xatırladaq ki, 2022-ci ildən bəri antisemitik bəyanatları və nasizm rəmzlərindən istifadə etməsi səbəbilə Avropa, Avstraliya və Braziliyada qadağalarla üzləşən repçinin Rusiyadakı çıxışı da bəzi rusiyalı siyasətçilərin kəskin etirazına səbəb olmuşdu.

# 38 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər