Azərbaycan filmi “Qızıl Mimoza” mükafatı uğrunda mübarizə aparacaq

Azərbaycan filmi “Qızıl Mimoza” mükafatı  uğrunda mübarizə aparacaq
24 iyul 2026
# 13:00

Gənc rejissor Ələmdar Faiqin “Qara pişik, ağ şanı” sənədli filmi 39-cu Herseq Novi Monteneqro Film Festivalında dünya premyerasını edəcək.

Kulis.az xəbər verir ki, festivalda nümayiş olunacaq filmlər festivalın baş mükafatı olan “Qızıl Mimoza” üçün mübarizə aparacaqlar.

Film özünün keçmiş səhvlərindən xilas olmaq üçün Bakı ətrafında yerləşən bağ evinə köçən Füruzənin və nəvəsi Ələmdarın hekayəsidir. Burada Füruzə öz üzüm bağında üzümçülüklə məşğul olur və həyətə gələn qara pişiyi bəsləyir. Günlərin birində ordudan yeni qayıtmış nəvəsi Ələmdar onun yanına gəlir və hər ikisi keçmiş ailə səhvləri ilə üzləşirlər.

“Çinar film” şirkətinin istehsalı olan filmin rejissoru Ələmdar Faiq, prodüserləri Türkan Hüseyn (AKİ katibi) və Emil Nəcəfdir. Filmin ərsəyə gəlməsinə Azərbaycan Kinematoqrafçılar İttifaqı maliyyə yardımı ayırıb.

# 113 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər