Məhkəmə "Şakir Paşa ailesi" ilə bağlı qərar verdi

Məhkəmə "Şakir Paşa ailesi" ilə bağlı qərar verdi
22 fevral 2025
# 10:45

Məhkəmə "Şakir Paşa Ailəsi: Möcüzələr ve Skandallar" serialı ilə bağlı qərar verib.

Kulis.az xəbər verir ki, Şakir Paşanın oğlu və "Halikarnas Balıqçısı" kimi tanınan yazıçı Cevat Şakir Kabaağaçlının nəvələri NOW kanalında yayımlanan seriala görə məhkəməyə müraciət etmişdilər.

Səkkiz nəvənin altısının şikayətindən sonra ekran işinin bu həftə üçün yayımlanması planlaşdırılan bölümü və digərlərinin nümayişi qadağan olunub.

Qeyd edək ki, Türkiyənin Radio və Televiziya Şurası “Şakir Paşa Ailəsi: Mucizeler ve Skandallar” serialının türk ailə quruluşuna və milli-mənəvi dəyərlərinə zidd olduğu üçün 3 həftəlik yayımını dayandırmışdı.

# 137 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #