Ədəbiyyatımızın 10 unudulmaz povesti - yeni layihə: “SƏNƏTİN ONLUĞU"

Ədəbiyyatımızın 10 unudulmaz povesti - yeni layihə: <span style="color:red;">“SƏNƏTİN ONLUĞU"
7 iyun 2016
# 14:46

“Nə oxusam?”, “Nəyə baxsam?”, “Hansı musiqini dinləsəm?”... Müasir dövrdə bu sualları insanlar tez-tez özlərinə və başqalarına verirlər. İndiki dövrdə seçimlər həddən artıq çoxdur. Vaxt vardı ki, hansısa filmin nümayişi üçün televiziyaya məktublar yazılırdı. Amma indi filmlər, musiqilər, elektron kitablar əl altındadır. Bircə internet əlaqəsinin olması kifayətdir.

Əvvəllər məhsul tapmaq çətin idisə, indi seçim etməkdə çətinlik çəkirik.

Kulis.Az “Sənətin onluğu” layihəsi ilə insanlara bu seçimlərdə yardım edəcək.

Azərbaycan ədəbiyyatı tarixinin ən yaxşı on povesti ilə başlayırıq.

Mirzə Fətəli Axundov: “Aldanmış kəvakib”

Cəlil Məmmədquluzadə: “Danabaş kəndinin əhvalatları”

İsa Hüseynov: “Teleqram”

Anar: “Dantenin yubileyi”

Əkrəm Əylisli: “Gilənar çiçəyinə dediklərim”

Məmməd Oruc: “Oyun havası”

Sabir Əhmədli: “Qanköçürmə stansiyası”

Yusif Səmədoğlu: “Astana”

Mövlud Süleymanlı: “Dəyirman”

İsi Məlikzadə: “Günəşli payız”

# 1209 dəfə oxunub

Müəllifin son yazıları

# # #