“Qarabağ mövzusunda poema yazmışam”.
Bu sözləri Kulis.az-a açıqlamasında Xalq şairi Sabir Rüstəmxanlı bildirib.
“Bir roman var, bitirməyə çalışıram. Romanın şərti adı “Dağların qisası”dır. Çağımızın olaylarından alınıb mövzusu. Arada xatirələrimi də yazıram.”
- Qananın tarixi əsərləri geri qaytarıldı
- “Yaşıl yol”un real hekayəsi
- Musiqili Teatrda “İki küpəgirən qarı” tamaşasının premyerası oldu
Xalq şairi daha sonra bitirdiyi poemadan danışıb:
“Bu günlərdə “Savaş bitməyib hələ” adlı kiçik bir poema yazdım. Əsas mövzu Qarabağ savaşıdır, amma onunla bitmir. Bir qəzetə göndərdim, redaktor sərtdir deyə, tərəddüd etdi. Onu pis vəziyyətdə qoymaq istəmədim.”