“Qızıl Kəlmə” müsabiqəsinin qalibləri mükafatlandırıldı - FOTOLENT

“Qızıl Kəlmə” müsabiqəsinin qalibləri mükafatlandırıldı - FOTOLENT
7 may 2013
# 12:14

Bu gün Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl Kəlmə" Ədəbi Mükafatının təqdimetmə mərasimi keçirilib.

Tədbirdə çıxış edən nazir Əbülfəz Qarayev mükafatın əhəmiyyətindən, ədəbiyyata diqqətdən, incəsənət xadimlərinə qayğıdan danışıb.

Daha sonra şair Çingiz Əlioğlu çıxış edərək müsabiqənin qaliblərinin adlarını açıqlayıb. Qaliblərə mükafatlar təqdim olunub.

Nəsr nominasiyası Mustafa Çəmənlinin "Ölüm mələyi", Pərvinin "Qar yağacaq" kitabları, poeziya nominasiyası üzrə Adil Cəmilin "Yurd yerim - dərd yerim", Elçin İsgəndərzadənin "Qürbət hücrəsində" kitabları, ədəbi-tənqid və publisistika nominasiyası üzrə Rüstəm Kamalın "Sözü işığa danışdım" ,Əsəd Cahangirin "Kim yatmış kim oyaq?" əsərləri mükafatlandırılıb.

Bədii tərcümə nominasiyası üzrə Elxan Zal Qaraxanlı və Akif Əhmədgilin "Kuman nəğməsi" kitabı mükafatlandırılıb.

"Qızıl Kəlmə" Ədəbi Mükafatı çərçivəsində "Şans" ödülü ilə Qismətin "Meqapolis hüznləri", Elnarə Akimovanın "Yeni təfəkkür və ədəbi tənqid" kitabları mükafatlandırılıb.

Xatırladaq ki, bu il müsabiqəyə 4 nominasiya üzrə (nəsr, poeziya, ədəbi tənqid və publisistika və orijinaldan bədii tərcümə) 30 əsər təqdim edilib.

# 2419 dəfə oxunub

Müəllifin son yazıları

# # #