Ömər Xəyyamın imza günü keçiriləcək

Ömər Xəyyamın imza günü keçiriləcək
1 aprel 2016
# 12:42

Ömər Xəyyamın "Sayrışan hallar" kitabının imza günü keçiriləcək. Kulisin məlumatına görə imza günü aprel ayının 2-də saat 16:00-da "Kibrit book cafe"-də baş tutacaq.

“Mütərcim” nəşriyyatında çap olunan "Sayrışan hallar" kitabı 7 hekayə və iki essedən ibarətdir.

Hekayələr psixoloji problemlər yaşayan insanlardan bəhs edir.

Ayrı-ayrı hekayələrdəki hadisələr bir məkanda baş verir və qəhrəman "Ka" adlı eyni obrazdı.

# 976 dəfə oxunub

Müəllifin son yazıları

# # #