Məşhur aktyor dünyasını dəyişdi

Məşhur aktyor dünyasını dəyişdi
11 noyabr 2026
# 15:28

"Mike Hammer" serialındakı detektiv rolu ilə şöhrət qazanan, teatr səhnəsində isə Şekspir obrazları ilə tanınan məşhur amerikalı aktyor Steysi Kiç 85 yaşında Polşadakı evində dünyasını dəyişib.

Kulis.az xəbər verir ki, aktyorun həyat yoldaşı Malqosia Tomassi Kiç ölümün uzun sürən ürək çatışmazlığı səbəbindən baş verdiyini açıqlayıb.

Karyerası boyunca həm Brodveydə klassik səhnə əsərlərində ("Kral Lir", "Hamlet", "III Riçard"), həm də Hollivud filmlərində bir çox fərqli xarakterə həyat verən Kiç, xüsusilə Mikki Spillanın yaratdığı sərt dedektiv Mayk Hammer obrazı ilə milyonların yaddaşında iz qoymuşdu.

Qeyd edək ki, Ernest Heminqueyə həsr olunan mini-serialdakı performansı ilə "Qızıl Qlobus" mükafatına layiq görülən aktyor ömrünün son illərində də "Prison Break" və "Nebraska" kimi layihələrdə rol almışdı.

# 92 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər