Bu gün amerikalı yazıçı Noah Qordonun doğum günüdür.
Kulis.az onun "Təbib" əsərindən sitatları təqdim edir.
Mən həyatla Cənnət arasındakı ayrılığı bir çaya bənzədirəm. Əgər çayın üzərindən keçən çoxlu körpü varsa, yolçunun hansı körpünü seçməsi Tanrı üçün bu qədər böyük əhəmiyyət kəsb etməlidirmi?
***
Nə qədər ki ömrün boyunca tibbi öyrənirsən, qarşına xəstəlikləri müəmma olan insanlar çıxacaq. Çünki söhbətini etdiyin o əzab sağaltma peşəsinin ayrılmaz hissəsidir və onunla yaşamağı öyrənməlisən.
***
Tibb kərpiclərin yavaş-yavaş hörülməsinə bənzəyir. Ömrümüz boyu tək bir kərpic qoya bilsək, bunu böyük bəxtəvərlik saymalıyıq. Əgər xəstəliyin səbəbini izah edə bilsək, hələ doğulmamış kimsə onun müalicəsini tapa bilər.
***
Səhər saat altıda durmaq, saat onda nahar etmək, saat beşdə şam etmək, saat onda yatmaq insana yüz il yaşamaq imkanı verər.
***
Əgər bunu arzulayırsansa, öyrənmək naminə özünə əziyyət verməli, digər tələbələrlə ayaqlaşmaq və onları üstələmək üçün hər bir fürsətdən yararlanmalısan. Ya müqəddəs, ya da lənətlənmiş birinin ehtirası ilə oxumalısan.
***
Bəşəriyyət vəhşiliyə çox yaxındır və qaydalarla yaşamalıdır. Əks halda, öz heyvani təbiətimizin cənginə keçər və məhv olarıq.
***
Məni narahat edən öz cəhalətim və bacarıqsızlığımdır.
***
Mən daha çox şey bilsəydim, bəzilərinin xilas ola biləcəyini özümə təkrarlayıram.