Kişilər qadınların kitabını oxumurmuş - SORĞU

Kişilər qadınların kitabını oxumurmuş - <span style="color:red;">SORĞU
18 dekabr 2014
# 11:46

İngilis sosioloqları Böyük Britaniya vətəndaşları arasında kitab oxuma ilə bağlı sorğu keçirib.

İrimiqyaslı sorğuda 40 min respondent iştirak edib.

Məlum olub ki, onların 80 faizi kitab oxumağı sevir.

Sorğudan o da bəlli olub ki, kişi respondentlərin 90 faizi qadın müəllifləri oxumur.

Bundan başqa kişilər kitab seçərkən onun yazıldığı tarixə əhəmiyyət vermirlər. Onlar üçün əsas janr və süjetdir.

Qadınlar isə populyar, yeni çapdan çıxan bestsellerlərə üstünlük verir. Qadınlar daha çox öz həmcinslərinin kitablarını oxuyur.

Oxşar araşdırmanı alman sosioloqları da keçirmişdi. Nəticələrə görə kişilər onlar üçün vacib informasiyanı oxuyur. Qadınlar isə ona görə kitab oxuyur ki, kişilərdən ala bilmədiyi emosiyanı heç olmasa kitabdan alsınlar.

# 1143 dəfə oxunub

Müəllifin son yazıları

# # #