Məşhur rejissor xəstəxanaya yerləşdirildi - Səbəb

Məşhur rejissor xəstəxanaya yerləşdirildi - Səbəb
2 noyabr 2026
# 18:20

"Heat", "Son Mohikan" və "Manhunter" kimi filmlərin 83 yaşlı rejissoru Maykl Mann Los-Ancelesdəki atış poliqonunda baş verən bədbəxt hadisə nəticəsində xəstəxanaya yerləşdirilib.

Kulis.az xəbər verir ki, məşhur kinorejissor silahı qundağına yerləşdirmək istəyərkən silahın təsadüfən atəş açması nəticəsində ayağından yaralanıb.

Los-Anceles Polis Departamentinin və rejissorun nümayəndəsinin verdiyi məlumata görə, Mann "The Range LA" poliqonunda baş verən insidentdən sonra dərhal xəstəxanaya çatdırılıb və hazırda səhhəti sabitdir.

Qeyd edək ki, 80-ci illərin məşhur "Miami Vice" serialının yaradıcılarından olan və son olaraq 2023-cü ildə "Ferrari" filmini təqdim edən Maykl Mann, hazırda baş rollarında Kristian Beyl və Leonardo DiKaprionun yer alacağı "Heat" filminin növbəti layihəsi üçün hazırlıqlarını davam etdirir.

# 97 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər