Akif Cabbarlı: “Səngər vəsiyyətnaməsi” Ən qısa hekayə

Akif Cabbarlı: “Səngər vəsiyyətnaməsi” Ən qısa hekayə
17 dekabr 2013
# 15:00

Kulis.Az Akif Cabbarlının “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi Səngər vəsiyyətnaməsi” (479 işarə) hekayəsini təqdim edir.

Bir yaz günü sübh tezdən gizir növbəni dəyişərkən Gənc Əsgərin yerini boş gördü. Səngərin nəm divarında süngünün ucu ilə yazılmış cümlə aydınca oxunurdu: "Getdim qarşıdakı dərədən bənövşə yığım. Sabah nişanlımın ad günüdür. Salamat qayıtsam poçtla göndərəcəm. Qayıtmasam məni bağışlayın"

Gənc əsgər qayıtmadı.

Bir gün sonra erməni zabit snayper gülləsinə tuş gəlmiş Gənc Əsgərin cibindən çıxardığı tər bənövşə qomunu dizinin üstündə otuzdurduğu sərxoş axçiyə iylədirdi.

Gənc Əsgərin kəndində bir azərbaycanlı qızı səngər ətirli bənövşə buketi gözəliydi.

# 3195 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #