Mirmehdi Ağaoğlu min yazıçı arasında birinci oldu - FOTO

<b>Mirmehdi Ağaoğlu min yazıçı arasında birinci oldu - <span style="color:red;">FOTO </b>
18 dekabr 2017
# 22:03

Xəbər verdiyimiz kimi, Kulis.azın redaktoru, yazıçı Mirmehdi Ağaoğlunun “85-ci gün” hekayəsi Dialoq və Əməkdaşlıq uğrunda İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun keçirdiyi Birinci Qısa hekayələr müsabiqəsində qalib olaraq üç nəfərdən ibarət finalçılar arasına düşmüşdü.

Kulis.azın məlumatına görə, bu gün İran İslam Respublikasının Şiraz şəhərində keçirilən mərasimdə M.Ağaoğlunun hekayəsinin birinci yerə çıxdığı elan olunub.

Xatırladaq ki, müsabiqəyə adı gedən təşkilata üzv olan ölkələrdən mindən artıq hekayə təqdim olunmuşdu.

Qaliblərə mükafatlar sabah bağlanış mərasimində təqdim olunacaq.

# 1094 dəfə oxunub

Müəllifin son yazıları

# # #