Vaxt gələcək – Salamdan yeni şeir...

Vaxt gələcək – Salamdan yeni şeir...
28 iyul 2017
# 16:00

Kulis.az Salam Sarvanın yeni şeirini təqdim edir.

Vaxt gələcək…

bir zamanlar kiməsə barmaq silkələdiyin,

kiminsə arxasınca yellədiyin,

kiməsə sığal çəkdiyin

əllərin qocalıb əsməyə başlayacaq.

Yəni vaxt gələcək, bir zamanlar

işarələrlə dil-dil ötən əllərin topuq çalacaq.

Əldən pəltəklik daha dəhşətli.

Vaxt gələcək…

Dünyadan evdən çıxan kimi çıxacaqsan –

işığı söndürüb qapını bağlayandan sonra düşünəcəksən:

heç nəyi unutmadım ki,

heç kimi unutmadım ki?

# 1566 dəfə oxunub

Müəllifin son yazıları

# # #