Səhra kimi uzanardım altında - Ayseldən erotik şeir

Səhra kimi uzanardım altında - Ayseldən erotik şeir
29 aprel 2021
# 10:01

Kulis.az tanınmış şairə Aysel Əlizadənin sosial şəbəkələrdə marağa səbəb olan erotik şeirini təqdim edir.

Kaş yatağımı bunca yalqız qoymazdın
qoxunu həsrətdən yox,
şəhvətdən alardım.
Kaş dodaqlarımı
dodaqlarının arasında yatırardın.
Necə başlamışdısa, eləcə bitərdi.
Gərək gözəl ayrılardıq.

Sən gözüyumulu,
yarıoyaq, yarıyuxulu
alnımdan boynuma
dodağınla cizgi çəkərdin,
başımı geri atıb aşağı ötürüb
yol verərdim mən də sənə.
Sən nəfəsini yel kimi dərimə üfürüb
İsti küləyim olardın yenə.

Bütün hücrələrimlə yanardım onda.
Səhra kimi uzanardım altında, suyum olardın...
Soyudardın qumsallığımı,
canına çəkərdin qadınlığımı.

Kaş gözəl ayrılardıq...
Tanrı kimi sevişib gedərdin.
Bətnimdə bəyaz iz buraxardın,

Sənə bir İsa doğardım ki...

# 15335 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #