Xərçəngə qalib gələn məşhurlar - Siyahı

Xərçəngə qalib gələn məşhurlar - Siyahı
6 avqust 2019
# 12:32

Kulis.az xərçəng xəstəliyinə qalib gəlmiş məşhurların siyahısını təqdim edir.

Layma Vaykule 1991-ci ildə süd vəzi xərçənginə qalib gəlib. O zaman həkimlər onun sağalacağına 20 faiz ehtimal edirdilər.

Robert De Niro 2003-cü ildə prostat vəzi xərçənginə qalib gəlib. Xəstəlik çox da irəliləmədiyi zamanda aşkarlanıb və müalicə uğur qazanıb.

Maykl Duqlas qırtlaq və dil xərçənginə qalib gəlib. 2010-cu ildə aktyorun iş yarandığını aşkar ediblər. Xəstəlik üzündən az qala dilini və alt çənəsinin bəzi hissələrini götürəcəklərmiş, amma aktyor müalicə ilə xəstəliyə qalib gələ bilib.

Vladimir Pozdner 1993-cü ildə ağır formalı xərçəngə qalib gəlib və xərçənglə mübarizə üzrə fondların aktiv iştirakçısıdır.

Dastin Hoffman xəstəliyə qalib gələnlərdəndir. Mədəsindən əməliyyat keçirən aktyor bu haqda danışmasa da 2013-cü ildə xəstəliyi yendiyini, profilaktik müalicələri bitirdiyini bəyan edib.

Avstraliyalı müğənni Kayli Minouq 2005 ci ildə xərçəng olduğundan xəbər tutur. əməliyyat və ximoterapiya keçirir. Hər iki süd vəzisi əməliyyat olunan müğənni kimyaterapiyanın təsirindən saçı töküldüyü üçün yaylıqlar taxır və konsertlərə bu rəngli yaylıqlarla, həm də çox arıqlamış görkəmdə çıxır.

Sintiya Nikson. “Böyük şəhərdə seks” filmində Miranda rolunu oynayan aktrisa 2002-ci ildə xərçənglə rastlaşır. Yaşadığı vəziyyəti o teatr tamaşasında oynayır: Marqaret Edsonun “itiağılılıq” pyesinin tamaşasında xərçəng xəstəsi Vivyan Birinqi.

Lens Armstronq. Plaentin ən güclü velosiped ustası, Tour de France nin yeddi qatlı çempionu canlı əfsanə Armstronq da xərçəng keçirənlərdəndir. Armstronqa 1996-cı ildə xayalıq xərçəngi diaqnozu qoyulur. Həm də xəstəlik irəliləyib az qala bütün qarın boşluğu orqanlarına metastaz veribmiş. İdmançı yan təsiri ciddi olan riskli müalicə metoduna razılıq verir. Həkimlər şansın çox az olduğunu deyir və onun sağ qalacağına ümid etmirlər. Amma Armstronq qalib gəlir. Velosipedçi Xərçəng xəstələri üçün Lens Armstronq fondu yaradır və bu xəstəliklə mübarizəni təbliğ etməyə qərar verir.

Türk müğənnisi Yıldız Tilbə uşaqlıq xərçənginə yoluxur. Bu şöhrət qazanmamışdan çox əvvəl baş verir. Və Tilbə o ərəfələrdə evli kişiyə də aşiq imiş. Bir dərdi o birini unutdurub və Tilbə həyata yenidən başlayıb.

Həmçinin Azərbaycanın Əməkdar artisti, Opera və Balet Teatrının solisti Gülüstan Əliyeva da xərçəngdən əziyyət çəkib və bu xəstəliyə qalib gəlib.

Xalq artisti, opera müğənnisi Xuraman Qasımovanın da, uzun illər əvvəl süd vəzisi xərçəngindən əziyyət çəkdiyi deyilib

Xəstəliyə qalib gələn məşhurlar arasında aktrisa Şükufə Yusubovanın adı var. Bu barədə mətbuatda az xəbərlər yayılsa da, xalq artistinin bir neçə il əvvəl ağır əməliyyat keçirdiyi, xəstəliyi yendiyi məlumdur.

Akademik Milli Dram Teatrının aktrisası Hicran Nəsirova xərçəngdən əziyyət çəkib. Uzun illər əvvəl Moskvada ağır əməliyyat edilən Hicran Nəsirova hazırda səhnədədir və sənət fəaliyyətini davam etdirir.

Aktrisa-aparıcı Zümrüd Qasımova. 2010-cı ildə süd vəzi xərçəngi ilə mübarizə aparan Zümrüd Qasımova həyatın keyfiyyətini bərpa edə bilib və hər çıxışında xəstəliklə çarpışan insanlara ruh verir.

# 3835 dəfə oxunub

Müəllifin son yazıları

# # #