“Əli və Nino”dan Qan Turalıya qarşı təxribat

“Əli və Nino”dan Qan Turalıya qarşı təxribat
2 iyun 2015
# 14:04

“Əli və Nino” Kitab Evinin rəsmi Facebook səhifəsində Qan Turalıya qarşı təxribata yol verilib. Kulisin məlumatına görə mağazanın səhifəsində yer alan “İyun ayında hansı kitabları oxumaq istəyirsiz?” sualına istifadəçilərdən bəziləri “Doqquz hekayə” kitabının adını yazıb.

Bunun qarşılığında isə “Əli və Nino”nun admini adından belə bir şərh yazılıb: “Əziz dostlar, 9 hekayə kitabını müəllif pulsuz paylayır. Müəllifə müraciət edin.” Səhifənin admini bu şərhi dəfələrlə təkrarlayıb.

Kitab evinin rəsmi səhifəsinin bu şərhi istifadəçilər tərəfindən qınağa səbəb olub.

# 991 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #