Azərbaycanlı yazıçı Matevosyana nələr dedi?

Azərbaycanlı yazıçı Matevosyana nələr dedi?
21 oktyabr 2013
# 10:22

Kulis.Az yazıçı Azər Abdullanın “Sağalmayan yaralar” yazısından məşhur erməni yazıçısı Hrant Matevosyan haqqındakı hissəsini təqdim edir. Yazı 1988-ci ildə qələmə alınıb.

Yazıçı

Ya­zı­çı Hrant Ma­te­vos­yan, bi­lir­sən­mi Azər­bay­can­da sə­nin nə qə­dər oxu­cun var­dı! Qa­baq­lar aya­ğım İ­rə­va­na dü­şən­də ne­çə-ne­çə er­mə­ni şa­i­ri­nə, ya­zı­çı­sı­na, jur­na­lis­ti­nə sə­nin gö­zəl ya­zı­çı ol­du­ğun­dan da­nı­şır­dım, on­la­rın ço­xu sə­ni ta­nı­mır­dı, ta­nı­yan­lar­sa do­daq bü­zər­di­lər, bir ya­zı­çı ki­mi sə­ni bəyənmirdi­lər. Ya­rı­za­ra­fat, ya­rı­cid­di on­la­ra de­yir­dim ki, Hran­tı sev­mə­yən is­te­dad­sız, sə­nə­ti an­la­ma­yan­lar­dır. Bir az da qı­zı­şan­da çə­kin­mə­dən de­yər­dim ki, si­zin üçün is­te­dad­lı adam Zo­ri Ba­la­yan ki­mi­lə­ri­dir. Ya­lan­çı, böh­tan­çı, mil­lət­çi­lər!

İste­dadsız­lı­ğı­nı giz­lət­mək üçün mil­lət­çi adıy­la sə­nət­də al­ver edən­lər! Se­vil­mək, ta­nın­maq üçün hət­ta xal­qı qır­ğı­na ver­mək­dən, ölü­mə apar­maq­dan çə­kin­mə­yən po­pul­yar­lıq aza­rı­na tu­tu­lan­lar! De­yir­dim ya­zı­la­rıy­la, bö­yük istedadıyla Hrant siz­dən bö­yük “mil­lət­çi”dir.

Hrant Ma­te­vos­yan, o qa­ra­gü­ru­hun, o fa­na­tik­lə­rin ara­sın­da ya­şa­yıb sus­ma­ğın, ya­lan, böh­tan de­mək­dən­sə sus­ma­ğın igid­lik­dir! Mə­nə bir şey ma­raq­lı­dır, son iki il­dən bə­ri da­vam edən er­mə­ni-türk mü­na­si­bət­lə­ri ilə bağ­lı si­zin zi­ya­lı­la­rı­nız ara­sın­da xal­qı­nı­zın coş­du­rul­muş hisslə­ri­ni ya­tırtma­ğa, qon­şu­luq mü­na­si­bət­lə­ri­ni göz­lə­mə­yə ça­ğı­ran­lar az da ol­sa var­dı­mı! Doğ­ru­dan­mı siz­də ağ­saq­qal mis­si­ya­sı­nı boy­nu­na gö­tü­rən­lə­rin ha­mı­sı Sil­va Ka­pu­tik­yan, Se­ro Xan­zad­yan, Zey­tunsyants, Vartges Pet­ros­yan, İgid­yan, Zo­ri Ba­la­yan, Şah­na­za­rov­lar və nə­ha­yət, ata say­dı­ğı­nız Vaz­gen ki­mi­lər­dir!? Bun­lar er­mə­ni xal­qı­nı bir­ba­şa qır­ğı­na, ölü­mə, məh­və səs­lə­mir­lər­mi?! Eşit­dik ki, ata Vaz­ge­ni­niz de­yir­miş ki, Qa­ra­ba­ğı al­maq xa­ti­ri­nə ye­ri gəl­sə, Ba­kı­da­kı bü­tün er­mə­ni­lə­ri qur­ban ver­mə­yə ha­zır­ıq.

Yox, Hrant Ma­te­vos­yan, elə bil­mə zə­rər çək­miş, təh­qir edil­miş, öl­dü­rül­müş, bi­zim­ki­lər­lə mü­qa­yi­sə­də çox az his­sə­si qo­vul­muş (çün­ki Ba­kı və Azər­bay­can­da­kı er­mə­ni­lə­rin ço­xu, da­ha doğ­ru­su, ağıl­lı­la­rı tö­rət­di­yi­niz bi­a­bır­çı­lı­ğı, vəh­şi­li­yi gör­çək ev-eşi­yi­ni, əm­la­kı­nı sa­tıb vax­tın­da kö­çüb get­di­lər) er­mə­ni­lə­rin fa­ci­ə­si­ni giz­lət­mək fik­rin­də­yəm. Əs­lin­də Azər­bay­can­da­kı er­mə­ni­lə­ri də siz və si­zin üs­tü­nü­zə qa­na­dı­nı çək­miş “sülhse­vər” mər­kə­zi döv­lət qo­va­la­dı. O er­mə­ni­lə­ri ki, həm Ste­pa­na­kertdə qey­diy­ya­tı var­dı, həm də Ba­kı­da. O er­mə­ni­lə­ri ki, Ba­kı­nın özün­də üç yer­də evi var­dı. Hrant, in­dən be­lə sən­dən və er­mə­ni­lər­dən nə uma­ca­ğım var, nə də si­zi ba­rı­şı­ğa, dost ol­ma­ğa ça­ğı­rı­ram, sa­də­cə bu də­qi­qə bü­tün er­mə­ni­lə­rin için­də an­caq sə­nin­lə da­nı­şa bil­di­yi­mə gö­rə is­tə­yi­rəm bir hə­qi­qə­ti bi­lə­sən ki, Ba­kı­da on üç yan­var­da (1990) er­mə­ni­lə­rin ba­şı­na gə­ti­ri­lən “oyun” üs­tü­nü­zə qa­na­dı­nı çək­miş döv­lə­tin növ­bə­ti proq­ra­mı-layihəsi əsa­sın­da hə­ya­ta ke­çi­ril­di.

Hrand, Ba­kı­nın kü­çə­lə­rin­də Mığrıdan, ata-ba­ba yur­du­muz­dan qa­çıb gəl­miş doğ­ma qar­da­şı­ma, ba­cı­la­rı­ma, qo­hum­la­rı­ma ay­lar­la ev ax­ta­rır­dıq. Yüz­lər­lə er­mə­ni­nin qa­pı­sı­nı dö­yüb ev də­yiş­mək üçün söh­bə­tə gi­ri­şir­dik. Er­mə­ni­lə­rin təx­mi­nən dox­san beş fa­i­zi Mığrı ra­yo­nu ilə ma­raq­lan­mır­dı, on­da Göy­çə, Kras­no­se­lo, Raz­dan və Er­mə­nis­ta­nın baş­qa ra­yon­la­rın­da ya­şa­yan qo­hum­la­rın ev­lə­ri­nə tək­lif edir­dik. Nə­dən­sə söz­lə­şib­miş ki­mi «biz Er­mə­nis­ta­na get­mək is­tə­mi­rik, bi­zim on­lar­dan zəh­lə­miz ge­dir»,-de­yir­di­lər. Qa­baq­ca bu­nu mə­nə ta­nış olan adi «er­mə­ni bic­li­yi» ki­mi ba­şa dü­şür­düm. Gö­rən­də ki, on­la­rın ək­sə­riy­yə­ti Ar­ma­vi­rə, Min­vo­da, Kras­no­yarska, Ros­to­va, So­çi­yə, Le­ninqra­da, Moskva­ya və onun ət­raf ra­yon­la­rı­na get­mə­yi Ye­re­va­na get­mək­dən be­lə üs­tün tu­tur­du­lar, is­tər-is­tə­məz on­la­ra da ya­zı­ğım gə­lir­di. Bu iş­lə­rə ne­çə ba­xır­san, Hrant Ma­te­vos­yan!? Axı, Er­mə­nis­ta­na get­mək is­tə­mə­yən və Er­mə­nis­ta­nı tərk et­mək is­tə­yən er­mə­ni­lər yüz­lər, min­lər de­yil, on min­lər­lə­dir. Bu, si­zin xal­qın fa­ci­ə­lə­rin­dən bi­ri de­yil­mi!? Tə­səv­vür edir­sən­mi, Er­mə­nis­tan­dan qo­vu­lan türklə­rin ha­mı­sı Azər­bay­ca­na top­la­şıb.

Hrant Ma­te­vos­yan, sə­nə bir su­a­lım da var. Qar­da­şım evi­ni də­yiş­mək məq­sə­di­lə ra­yo­na qa­yıt­mış­dı. Çox qor­xu­lu gün­lər idi. Mığrıya qa­yı­dan türklə­ri er­mə­ni­lər hu­şu­nu iti­rə­nə­cən dö­yür­dü­lər. Hə­min vaxt er­mə­ni­lər­dən bi­ri qar­da­şı­mı iki ge­cə giz­li­cə evin­də sax­la­yıb. O er­mə­ni ki, Mığrı ra­yo­nun­da türklə­rin qo­vul­ma­sı­na baş­çı­lıq edən­lər­dən bi­riy­miş. Yə­ni si­zin «Qa­ra­bağ ko­mi­tə­si­»nin (Mığrı üz­rə) fə­al üzvlə­rin­dən idi. Be­lə er­mə­ni­nin vic­da­nı mə­nə ay­dın de­yil. An­caq mən ba­kı­lı iki er­mə­ni­nin (Q.I.Pe­to­yan və Do­ren­tev Qe­or­qi Ranto­viç) vic­da­nın­dan da­nış­maq is­tə­yi­rəm. Bun­la­rın haq­qın­da eşit­mə­miş ol­maz­san. Ba­kı şə­hə­ri­nin ay­rı-ay­rı ra­yon­la­rın­da ya­şa­yan bir-bi­rin­dən xə­bər­siz bu adam­lar öz­lə­ri­nə qəsd edib­lər. İn­ti­har­dan qa­baq ya­zıb­lar ki, er­mə­ni­lə­rin uzun müd­dət­dən bə­ri türklə­rin ba­şı­na gə­tir­dik­lə­ri haq­sız, na­la­yiq hə­rə­kət­lər­dən xə­ca­lət çək­di­yi­mə gö­rə özü­mü öl­dü­rü­rəm.

Sən­cə, vic­dan­lı, yük­sək əx­laq­lı bu iki in­san er­mə­ni ədə­biy­ya­tın­da müs­bət ob­raz ki­mi öz ək­si­ni ta­pa bi­lər­mi!

# 2131 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #