Haynrix Böllün “İki roman”ı işıq üzü gördü

Haynrix Böllün “İki roman”ı işıq üzü gördü
21 iyul 2017
# 13:34

Tərcümə Mərkəzində yeni kitab işıq üzü görüb.

Mərkəzdən Kulis.aza verilən xəbərə görə, bu, XX əsr Almaniya ədəbiyyatının görkəmli nümayəndəsi, Nobel mükafatı laureatı Haynrix Böllün “Bir təlxəyin düşüncələri” və “…Və bircə kəlmə də demədi” romanları daxil edilmiş “İki roman” kitabıdır.

Kitabın redaktoru Mahir N. Qarayev, ön sözün müəllifi filologiya elmləri doktoru Rüstəm Kamaldır.

Əsərləri alman dilindən tanınmış tərcüməçi Vilayət Hacıyev çevirib.

# 1029 dəfə oxunub

Müəllifin son yazıları

# # #