Sumqayıtda yazıçılar DAVAYA ÇIXDI

Sumqayıtda yazıçılar DAVAYA ÇIXDI
7 may 2014
# 11:08

Bir neçə gün öncə Sumqayıt şəhərində Azərbaycan Yazıçılar Birliyinin qurultayına nümayəndə seçilməsi məqsədi ilə keçirilən toplantıda dava düşüb.

Bu barədə Kulis.az-a AYB daxilindən məlumat verilib.

Məlumatlara görə qurultaya nümayəndələrin gizli səsvermə yolu ilə müəyyən edilməməyi ciddi narazılıq yaradıb.

Qurultay nümayəndələrinin yaşlı, mühafizəkar adamlardan seçilməsi vəziyyəti daha da dramatikləşdirib.

Yaşlıları müdafiə edən Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt şöbəsinin rəhbəri Sabir Sarvanın üzərinə hücum çəkənlər, hətta ona yumruq atanlar olub. Amma ətrafdakılar davanın böyüməsinə imkan verməyiblər. Hadisəyə polis müdaxiləsi olmayıb.

Məsələ ilə bağlı Sabir Sarvanla əlaqə saxlamaq istəsək də, o, telefon zənglərinə cavab vermədi.

Kulis.az-a AYB-dəki mənbələrdən bildiriblər ki, qurultaya yaşlı, səsi çıxmayan, mühafizəkar nümayəndələrin seçilməsi təkcə Sumqayıtda deyil, bütün filiallarda, eyni zamanda Bakıda əsas məqsədlərdən biridir. Rəhbərlik qurultayı mümkün qədər səssiz-küysüz yola vermək istəyir.

# 2602 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #