Mehin Sədizadə: “Xəritə”-Ən qısa hekayə

Mehin Sədizadə: “Xəritə”-Ən qısa hekayə
19 dekabr 2013
# 17:00

Kulis.az Mehin Sədizadənin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Xəritə” (221 işarə) hekayəsini təqdim edir.

Oğlu ilə parka getməmək üçün bəhanə axtaran ata üzərində dünya xəritəsi olan qəzeti cırıb düzəltmək üçün oğluna verir.

10 dəqiqə sonra:

- Ata, hazırdı gedək.

- Sən bunu necə etdin?

- Arxasında insan şəkli vardı, insan düzələn kimi DÜNYA da öz-özlüyündən düzəldi.

# 3443 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #