Niyazi Mehdinin vəziyyəti ağırlaşdı - Əməliyyat olunacaq

Niyazi Mehdinin vəziyyəti ağırlaşdı - Əməliyyat olunacaq
29 avqust 2023
# 13:30

Filosof, professor Niyazi Mehdinin səhhəti pisləşib.

Kulis.az xəbər verir ki, hemodializin son mərhələsində olan professor bu yaxınlarda yıxılaraq omba sümüyünü sındırıb.

Oğlu Toğrul Mehdinin sözlərinə görə, Niyazi Mehdi əməliyyat olunacaq:

“İndi bir az yaxşıdır. Özünə gəlməyə çalışır. Əməliyyat olunmalıdır. Ürəyi ilə bağlı problemin həll olunmasını gözləyirik”.

# 1751 dəfə oxunub

Müəllifin son yazıları

# # #