Salam Sarvan işinə qayıtdı

Salam Sarvan işinə qayıtdı
2 iyun 2015
# 17:01

Xəbər verdiyimiz kimi tanınmış şair Salam Sarvan BSU Yaradıcılıq fakültəsindəki işindən istefa verməyi barədə öz facebook səhifəsində yazmışdı.

Şair axar.az-a verdiyi açıqlamada emosional vəziyyətdə səhv qərar qəbul etdiyini bildirib: “Düzü, təbiətimdəki tənbəllik, hövsələsizlik mənə ara-sıra problemlər yaradır. Bəzən hansısa işdən tez yoruluram. Və bəzən də şəxsi ovqatıma, daxili gərginliyimə uyğun emosional qərarlar qəbul edirəm. Yaradıcılıq fakültəsindəki işimdən yorulub çıxmağımla bağlı Feysbukdakı statusum da belə qərarlardan biri idi. Amma sonradan düşündüm ki, bu, ciddi səhvdir. Tələbələrimizi və dostlarımızı təəssüfləndirən səhvdir. Ən əsası, mənə həmişə hörmətlə yanaşmış, fakültəni mənə etibar eləmiş dostlarımıza qarşı səhvdir. Yəni təkcə öz ovqatını düşünəcək qədər eqoist olmaq olmaz. Dostları məyus eləmək olmaz. Qalıb işləmək lazımdır. Nə isə, Allah mənə ağıl versin”.

# 970 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #