Hərdən çıxır səhərə gecələrdən qalanlar

Hərdən çıxır səhərə gecələrdən qalanlar
4 iyun 2014
# 10:32

Kulis.az şair Mətləb Ağanın yeni şeirini təqdim edir.

**

Sənə yazmışdım dünən;

şəhər yenə soyuqdu...

bir küləkdi, bir yağış;

ayrı bir kimsə yoxdu...

...hərdən çıxır səhərə

gecələrdən qalanlar...

bir-birinə qarışır

həqiqətlər, yalanlar...

bu şəkildi - deməli

həm sənsən, həm deyilsən...

döyən olsa qapımı,

bilirəm-sən deyilsən...

...bu otağı sən heç vaxt

bu gündə görməmisən;

çünki heç vaxt sən məni

öləndə görməmisən...

# 1808 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #