Natiq Məmmədliyə yeni vəzifə verildi

Natiq Məmmədliyə yeni vəzifə verildi
26 yanvar 2024
# 16:20

Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının ilk iclası keçirilib.

Kulis.az xəbər verir ki, iclasda Əməkdar jurnalist Natiq Məmmədli Müşahidə Şurasının səsverməsi ilə Agentliyin İcraçı direktorunun müavini təyin edilib.

Qeyd edək ki, Natiq Məmmədli bu təyinatadək Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri vəzifəsində çalışıb.

# 586 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #