Elxan Yusifli: “Böyrək”-Ən qısa hekayə

Elxan Yusifli: “Böyrək”-Ən qısa hekayə
17 dekabr 2013
# 11:02

Kulis.az Elxan Yusiflinin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Böyrək” (449 işarə) hekayəsini təqdim edir.

Şalvarının düyməsini açdı. Həyəcanla unitaza yaxınlaşdı. Orxan bunu sonuncu dəfə 25 il bundan əvvəl, yeniyetmə olanda etmişdi...

Gözlərini yumdu. Bədəni istiləndi. Unitazın ağ səthi ilə sarımtıl maye zəif şırımlarla aşağıya doğru axmağa başladı.

Gözləri yaşardı. Xoşbəxt idi.

Xəstəxanada birgə müalicə aldığı “böyrəksiz” dealiz xəstələrini düşündü. Köynəyini qaldırıb 10 gün əvvəlki cərrahiyyə əməliyyatının izinə əlini toxundurdu. Ana bətnindəki körpəni sığallayırmış kimi donordan köçürülən böyrəyini əzizlədi.

# 3114 dəfə oxunub

Müəllifin son yazıları

# # #