Kanadalı müğənni və bəstəkar Qordon Laytfut 84 yaşında vəfat edib.
Kulis.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumatda musiqiçinin xəstəxanada dünyasını dəyişdiyi qeyd edilib və ölümünün səbəbi açıqlanmayıb.
- Yeni Papa FOTOLENT
- Atasına həsrət qaldı, ölənə qədər Bakı deyib ağladı, nəvəsi İraqda şəhid oldu - Kasıblıqdan nəşi yandırılan müğənnimiz
- Bu film rekord oldu
Laytfut 1970-ci ildə "Əgər ağlımı oxuya bilsən" mahnısı ilə ABŞ pop-paradlarına düşüb. Bu trek həm də sənətçiyə Ən Yaxşı Kişi Pop Vokal Performansı üçün dörd Grammy nominasiyasından ikisini qazandırıb.
Onun 1976-cı ildə qəzaya uğrayan yük gəmisi haqqında balladası olan "The Wreck of the Edmund Fitzgerald" Billboard siyahılarında 2-ci yerə yüksəlib.