“Ermənilər özlərini bütün dünyada ifşa etdilər”.
Bu sözləri Xalq yazıçısı Kamal Abdulla Gəncə hadisələrinə fikir bildirərkən deyib. O, daha sonra əlavə edib:
“Son hadisələr bir daha göstərdi ki, heç kəsə inanmaq olmaz. Mən erməniləri daha ağıllı sayırdım. Onlar ağıllı olsaydılar, bütün bu məsələləri etməzdilər. Özlərini dünyaya qarşı qoymazdılar, ədalətə, haqqa qarşı qoymazdılar. Allah şəhidlərimizə rəhmət eləsin. Gəncədəki qurbanlarımıza Allah rəhmət eləsin. Qurbanların hamısı millətin üçündür, vətən üçündür.”