Rus Dram Teatrında yeni premyera olacaq

Rus Dram Teatrında yeni premyera olacaq
18 yanvar 2018
# 13:31

2 fevral - Gənclər Günündə Rus Dram Teatrının səhnəsində Nil Saymonun pyesi əsasında hazırlanmış “Sonuncu ehtiraslı gənc” tamaşası nümayiş etdiriləcək.

Tamaşanın bədii rəhbəri Xalq Artisti Yuri Baliyev, rejissoru teatrın aktyoru İlkin Mehdiyevdir. Rollarda Əbdülqəni Əliyev (“Yuğ” teatrından), Natəvan Hacıyeva (Rus Dram Teatrından) çıxış edəcəklər.

Ötən ilin dekabr ayında Sankt-Peterburqda Gənc Tamaşaçılar Teatrının səhnəsində oynanılmış bu tamaşa böyük maraqla qarşılanıb. Müstəqil və qeyri-dövlət layihəsinin iştirakçıları 24-cü “Milad paradı” Beynəlxalq Teatr Festivalının diplomu ilə təltif ediliblər.

# 893 dəfə oxunub

Müəllifin son yazıları

# # #