Azərbaycan Paris moda həftəsində

Azərbaycan Paris moda həftəsində
29 sentyabr 2017
# 09:38

Nyu-York, London və Milan şəhərlərindən sonra Parisdə 2017-2018-ci illər mövsümünün yaz-yay moda həftəsi başlayıb. Azərbaycan moda həftəsində “Salamakhina” brendi ilə təmsil olunub.

Parisin 1-ci rayonunda “Oxford Fashion Studio”nun “Hotel d’Erveux”də təşkil etdiyi defiledə Aleksandra Salamaxinanın hazırladığı geyimlər nümayiş olunub. Geyimlərdə milli elementlərdən istifadə edilib.

Aleksandra Salamaxinanın geyimləri “Sarı gəlin” musiqisinin sədaları altında nümayiş etdirilib. “Salamakhina” brendi 2012-ci ildə ipək materialdan hazırlanmış yaylıq və şərf kolleksiyası ilə moda aləminə daxil olub.

Qeyd edək ki, Paris moda həftəsində ümumilikdə 83 defile keçiriləcək. /azertag.az/

# 1111 dəfə oxunub

Müəllifin son yazıları

# # #