Şah Mat Teatrının səhnəsində dünya şöhrətli fransız yazıçısı Viktor Hüqonun "Ölüm məhbusunun son günü " əsərinin motivləri əsasında "Edam Məhkumunun Son Günü" adlı tamaşanın premyerası olacaq.
Kulis.az xəbər verir ki, Salam Sarvanın tərcüməsi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Mir Qabil Əkbərov, quruluşçu rəssamı Səbinə Abutalıbzadir. psixoloji dram janrında hazırlanan tamaşada aktyor Anar Bulut çıxış edəcək.
Tamaşanın premyerası 26 sentyabr tarixində 19.30-da “Etüd” kafe-barında nümayiş olunacaq.