“Avroviziya-2016” mahnı müsabiqəsinin qalibi, ukraynalı müğənni Camala Rusiyada axtarışa verilib.
Kulis.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin axtarış bazasında deyilir.
Məlumata əsasən, müğənni Camala (əsl adı Susana Camaladinova) Rusiyada axtarışda olanlar siyahısına salınıb.
Onun hansı cinayətdə ittiham olunduğu açıqlanmayıb.