Sonuncu xalq şairi vəfat etdi

Sonuncu xalq şairi vəfat etdi
30 mart 2016
# 10:02

Belarusun tanınmış şairi Nil Qileviç martın 29-da Minskdə 85 yaşında vəfat edib.

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, Rıqor Borodulinin 2014-cü ildə vəfatından sonra Nil Qileviç Belarusun sonuncu xalq şairi olub.

“Son illər Nil Qileviç jurnalistlərlə ünsiyyət qurmaqdan yayınıb və ümumiyyətlə, Minskin mərkəzindəki evini çox az hallarda tərk edib. Şairin tanışları onun uzun müddət xəstəlikdən əziyyət çəkdiyini bildiriblər”, - deyə məlumatda bildirilir.

Bir gün öncə səhər saatlarında xəstəxanaya yerləşdirilən şair axşam saatlarında orada vəfat edib.

Nil Qileviç xalq şairi fəxri ada 1991-ci ildə layiq görülüb.

Onun nə vaxt və harada dəfn ediləcəyi barədə məlumat verilmir.

# 1028 dəfə oxunub

Müəllifin son yazıları

# # #